"Neftçi"nin baş məşqçisi: "Əgər bildirilsə ki, "Qarabağ"la oyun təxirə salınır, oynamayacağıq"

Neftçinin baş məşqçisi: Əgər bildirilsə ki, Qarabağla oyun təxirə salınır, oynamayacağıq
İdman 49

"Neftçi"nin "Qarabağ"la matçı təxirə salınacaqsa oynanılmayacaq, əks halda isə qarşılaşma keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının XIX turunda "Qəbələ"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis son günlər mətbuatda müzakirə olunan "Neftçi" və "Qarabağ" arasındakı oyunun təxirə salınması məsələsinə münasibət bildirib:

"Əgər mənə bildirilsə ki, oyun təxirə salınır, oynamayacağıq. Yox təxirə salınmasa, təbii ki, çıxıb öz oyunumuzu oynayacağıq. Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparır. Biz onlardan biriyik, qalan 11 komanda isə bizim üçün rəqib sayılır. Mənim üçün hər qarşılaşma eyni dərəcədə önəmlidir. Rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur. Əsas məqsədim hər oyunda qələbə qazanmaqdır və qarşıma qoyulan tapşırıq da məhz bundan ibarətdir".

Y.Vernidub "Qəbələ" ilə matçın ilk hissəsində yaxşı oyun nümayiş etdirdiklərini bildirib:

"Hesabı açdıq və ikinci qolu vurmaq üçün də imkanlarımız var idi. "Qəbələ"nin isə demək olar ki, qol epizodları olmadı. İkinci hissədə baş verənlər daha çox psixoloji amillərlə bağlı idi. Komanda bu stadionda uzun müddətdir qələbə qazana bilmirdi. Hesabda öndə olduğumuza görə, ehtimal ki, oyunçular daha çox müdafiəyə çəkilməyə üstünlük verdilər. Bu isə bizim oynamaq istədiyimiz futbol deyil. Biz meydanda daha keyfiyyətli oyun gözləyirdik. Qarşılaşmadan əvvəl futbolçulara bildirmişdim ki, bu gün qələbə bizim üçün vacibdir ki, yolumuza davam edə bilək. Onlar da bu tapşırığın öhdəsindən gəldilər və buna görə komandaya təşəkkür edirəm. Oyunlar unudula bilər, lakin nəticə hər zaman yadda qalır".

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" oyunu Bakı kollektivinin 1:0 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər