Yeni nazir təyin edilən Rəşad İsmayılov KİMDİR?
Azərbaycan Prezidenti 15 avqust 2024-cü il tarixli 251 nömrəli sərəncamı ilə Rəşad İsmayılovu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birinci müavini vəzifəsinə təyin edib.
BAKU.WS yeni nazirin dosyesini təqdim edir.
Rəşad İsmayılov 27 avqust 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə "Zəhmət" kiçik müəssisəsində hüquqşünas kimi başlayıb.
O, müxtəlif dövlət qurumlarında hüquqşünas və rəhbər vəzifələrdə çalışıb. 2006-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, 2010-2013-cü illərdə "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsində hüquqşünas və baş məsləhətçi, 2013-2016-cı illərdə hüquqi ekspertiza sektorunun müdiri, 2016-2018-ci illərdə Prezident yanında Mənzil İnşaat Agentliyində şöbə müdiri və müavini, 2018-2019-cu illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şöbə müdiri, 2019-2024-cü illərdə isə komitənin aparat rəhbəri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Oxşar xəbərlər
Ən təhlükəli baş ağrısı növü müəyyən edilib
Terapevtlər ən təhlükəli baş ağrısı növünün nə olduğunu açıqlayıblar. BAKU.WS "The Mirror"a isstinadən xəbər verir ki, qəfil başlayan şiddətli baş ağrısı həyati...