Yol polisi SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ etdi!
Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib.
"Bununla əlaqədar, bir daha sürücülərdən xahiş olunur ki, hərəkət zamanı son dərəcə diqqətli və ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlasınlar, müəyyən olunmuş sürət həddinə ciddi əməl etsinlər, qəfil manevrlərdən çəkinsinlər", - müraciətdə bildirilib.
Oxşar xəbərlər
MEDİA: Avropada mətbuat azadlığı ilə bağlı hesabatda Azərbaycanın media mühitinə dair qərəzli mülahizələrə yer verilib
Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyət...