"Kayrat"ın məşqçisi erməni futbolçunun Bakıya gəlməməsinə münasibət bildirdi

Kayratın məşqçisi erməni futbolçunun Bakıya gəlməməsinə münasibət bildirdi
İdman 343

Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev erməni futbolçu Kamo Ohanesyanın "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup oyunu üçün Bakıya gəlməməsinə münasibət bildirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, rusiyalı mütəxəssis bunun 29 yaşlı müdafiəçinin şəxsi fikri və qərarı olduğunu söyləyib.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

Son xəbərlər