Kadir İnanırdan danışan Türkan Şoray: "Hər zaman qəlbimdə olacaq"
"Bura sizinlə birlikdə olmaq üçün söz verəndə bu acı hadisə hələ olmamışdı. Türk kinosu üçün, dostları üçün, yoldaşları üçün, həmkarları üçün də çox böyük bir itkidir".
BAKU.WS xəbər verir ki, bu sözləri türk kinosunun sultanı Türkan Şoray qatıldığı tədbirdə deyib.
Həmkarı və filmlərdəki əsas tərəf müqabili Kadir İnanırı itirən sənətçi onun hər zaman qəlbində yaşayacağını vurğulayıb:
"Amma əminəm ki, sizlərin də qəlbində hər zaman olacaq. Mənim də hər zaman qəlbimdə qalacaq. Nurlar içində yatsın deyirəm".
Qeyd edəki ki, Kadir İnanırın səhhəti uzun müddət idi ki, pisləşmişdi.
Vəfatından əvvəl, aktyor sətəlcəm (pnevmoniya) səbəbilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağırlaşması səbəbindən süni tənəffüs aparatına qoşulan Kadir İnanır 77 yaşında vəfat edib.
Oxşar xəbərlər
Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib
Rusiyanı tərk edən məşhur müğənni Alla Puqaçova 1997-ci ildən bəri sahib olduğu "Kristina" ticarət nişanı üzərində hüquqlarını itirib. BAKU.WS xəbər verir ki, b...