ABB kartlarından PUL SİLİNİR - PROBLEM
Yeniliklərdən dərhal xəbərdar olun
ABB kartlarında balans silinməsi ilə bağlı texniki problem yaranıb.
Bu barədə şikayətlər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, bu hal son bir saat ərzində qeydə alınıb. Hazırda bəzi müştərilərin bank kartlarından pul silinməyə davam edir. Bank tətbiqə daxil olmaq istəyən istifadəçilərə yaşanan halla bağlı məlumatlandırıcı bildirişlər göndərir və qeyd olunur ki nasazlıq aradan qaldırılacaq.
Bildiriş belədir:
"İstifadəçilərin diqqətinə, hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!".
Qeyd edək ki, nasazlıq "AccessBank", "Yelo Bank" kimi bəzi digər banklarda da müşahidə edilir. Həmin banklar da öz müştərilərinə problemin qısa zamanda həll ediləcəyini bildirib.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...