Hüseyn Məhəmmədoğlu: "Kişi həyat yoldaşından sadəcə namusa görə ayrılar, başqa heçnə!"

Hüseyn Məhəmmədoğlu: Kişi həyat yoldaşından sadəcə namusa görə ayrılar, başqa heçnə!
Video
Şou-biznes 224

"Bəzən insanları bilib-bilmədən qınayırsınız. Heç vaxt elə birşey etməyin. Kimsə həyat yoldaşından ayrılır qınayırsınız, kiminsə başına hansısa başı iş gəlir qınayırsınız. Ümumiyyətlə mən ayrılmağın tərəfdarı deyiləm. Ailələrin dağılmağın tərəfdarı qətiyyən deyiləm. Bunu biləsiniz".

BAKU.WS xəbər verir ki, bu sözləri musiqiçi Hüseyn Məhəmmədoğlu sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.

O bildirib ki, bir kişi həyat yoldaşından sadəcə namus üstündə ayrıla bilər:

"Kişi bir halda öz həyat yoldaşında ayrılar, o da öz namusuna görə... Başqa heç nəyə görə...".

Qeyd edək ki, Hüseyn Məhəmmədoğlu ilk dəfə İnci adlı xanıma ailə qurub, daha sonra ayrılıb.

Onların bu evlilikdən iki qız övladı var. Musiqiçi ikinci dəfə isə aktrisa Aysel İbrahimova ilə evlənib.

Bu, həm Aysel, həm də Hüseynin ikinci nikahıdır. Ayselin ilk nikahdan bir qız övladı var.

Aysellə Hüseynin isə bu nikahdan bir oğlu var. Onun adı Məhəmməddir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər