DÇ-2026: Erlinq Holannın vurduğu qol Norveçi tarixində ilk dəfə 1/8 finala çıxarıb
Futbol üzrə dünya çempionatında Norveç Fildişi Sahili millisini məğlub edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər .
Norveç komandasında Antonio Nusa (39) və Erlinq Holann (86) fərqləniblər. Afrikalıların hyeətində isə Amad Diallo (74) adını tabloya yazdırıb.
Tarixində ilk dəfə 1/8 finala yüksələn Norveçin rəqibi Braziliya seçməsi olacaq.
***22:50
Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyununda üçüncü qol vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki,Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar hesabda irəli çıxıblar - 2:1.
86-cı dəqiqədə Erlinq Holann fərqlənib.
***22:39
Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyununda ikinci qol vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında afrikalılar hesabı bərabərləşdiriblər - 1:1.
74-cü dəqiqədə Amad Diallo fərqlənib.
***21:41
Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyununda ilk qol vurulub.
Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar hesabı açıblar - 1:0.
39-cu dəqiqədə Antonio Nusa fərqlənib.
***21:00
Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyunu başlayıb.
1/16 final mərhələsinin matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edir.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub
Misli Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub. BAKU.WS xəbər verir ki, Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "Kəpəz" - "Turan...