"Kayrat" "Qarabağ"la Bakıda keçirəcəyi oyuna erməni futbolçunu gətirməyəcək

Kayrat Qarabağla Bakıda keçirəcəyi oyuna erməni futbolçunu gətirməyəcək
İdman 121

Qazaxıstanın "Kayrat" komandasının erməni futbolçusu Kamo Ohanesyan "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup oyunu üçün Bakıya gətirilməyəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin sözlərinə görə, Almatı təmsilçisinin "Qarabağ"a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adı yoxdur.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq.

Son xəbərlər