Kolbasa sevənlərə BƏD XƏBƏR - Bu məhsullar...
Bəzi kolbasa məhsullarında at əti aşkarlanıb
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində deyib.
Agentlik sədri bildirib ki, qida təhlükəsizliyi sahəsində aparılan nəzarət tədbirləri zamanı 46 müəssisədən götürülmüş 78 kolbasa və sosiska nümunəsi üzrə laborator müayinələr həyata keçirilib və nəticədə müxtəlif məhsullarda insan istehlakı üçün yararsız göstəricilər müəyyən edilib:
"Kolbasa və sosis məhsullarının üzərindəki etiket məlumatları ilə məhsulların faktiki qida dəyərləri arasında uyğunsuzluqlar da aşkarlanıb. Əsasən 10 halda məhsulun tərkibində at DNT-si aşkarlanıb. Həmin faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və aidiyyəti müəssisələr barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər həyata keçirilib. Bizim cəmiyyət adətən bu məsələlərdə daha çox sanitariya tərəfinə diqqət yetirir. Amma əslində, qida təhlükəsizliyində əsas məsələ gigiyenik tənzimləmədir. Yəni insanlar daha çox hansısa istehsal müəssisəsində aparılan yoxlamaları, sanitar normaların pozulmasını görür və buna diqqət yetirirlər.
Oxşar xəbərlər
Yayda həkim məsləhəti olmadan bu dərmanları qəbul etməyin – XƏBƏRDARLIQ
Yay aylarında havaların isti keçməsi insan orqanizminə təsir etdiyi kimi, bəzi dərmanların təsirini və yan təsirlərini də dəyişə bilər. BAKU.WS-in məlumatına gö...