Avropa çempionatı: Azərbaycanın cüdo millisi medallarının sayını yeddiyə çatdırıb
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ikinci yarış günündə Azərbaycan millisi aktivindəki medalların sayını yeddiyə çatdırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Sadiq Məmmədov (-73 kq) finala qədər uğurla irəliləyib. Cüdoçumuz həlledici görüşdə Bolqarıstan təmsilçisi İvan Nikolçevə məğlub olaraq Avropa çempionatının gümüş medalına layiq görülüb.
İlkin Qarayev (-66 kq) isə üçüncü yer uğrunda qarşılaşmada çexiyalı Hinek Şvetsə qalib gələrək, bürünc medal qazanıb.
Xatırladaq ki, yarışın ilk günündə millimizin heyətində Zəhra Quliyeva (-40 kq), Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) gümüş, İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) isə bürünc medala yiyələniblər.
Oxşar xəbərlər
DÇ-2026: Norveç Fildişi Sahili ilə oyunda hesabı açıb
Futbol üzrə dünya çempionatının Fildişi Sahili - Norveç oyununda ilk qol vurulub. Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar hesa...