ABŞ-nin İranla müharibəyə çəkdiyi xərclərin ümumi dəyəri bəlli oldu
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ümumi dəyəri təxminən 30 milyard dollar təşkil edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin İnzibati və Büdcə İdarəsinin direktoru Rassel Vout bildirib.
O bu rəqəmi ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı açıqlayıb.
Komitə üzvləri Voutdan hərbi əməliyyatların xərclərinin artıq 100 milyard dolları keçdiyinə dair yayılan məlumatlara münasibət bildirməsini istəyiblər.
"Mən sadəcə Müdafiə Nazirliyindən eşitdiklərimi və onların bizə təqdim etdiyi analitik məlumatları sizinlə bölüşürəm", - deyə Vout əlavə təfərrüata varmadan cavab verib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...