Bu kurort mərkəzində müştəri restorana 870 000 hesab ödədi

Bu kurort mərkəzində müştəri restorana 870 000 hesab ödədi
Foto
Dünya 105

Türkiyənin məşhur kurort və turizm mərkəzlərindən olan Alaçatıdakı yüksək məbləğli hesab sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, lüks əyləncə mərkəzlərindən birində müştəri restorana 870 min 150 lirə (təxminən 31 673 AZN) hesab ödəyib.

Bu kurort mərkəzində müştəri restorana 870 000 hesab ödədi

Hesabın böyük hissəsinin spirtli içkilərə aid olması istifadəçilər arasında gərgin mübahisələrə yol açıb.

Bu reaksiyaların ardınca məkanın sahibi Fırat Enuştekin sükutu pozaraq məsələyə aydınlıq gətirib.

Bu kurort mərkəzində müştəri restorana 870 000 hesab ödədi

O hesabın bu həcmdə olmasının səbəbini müştərilərin "ekstremal dərəcədə baha" seçimləri ilə əlaqələndirib.

"Hesabın 851 min 800 lirəsii tamamilə lüks və bahalı spirtli içkilərdən ibarətdir. Sözügedən masada ümumilikdə 49 şüşə şampan açılıb və 2 şüşə 18 illik premium viski içilib. Yemək xərci isə cəmi 18 min lirə civarında olub. Bu, məkanın qiymət siyasəti ilə deyil, müştərinin öz seçimi olan lüks və göstərişli istehlakla bağlıdır" -deyə o qeyd edib.

Bu kurort mərkəzində müştəri restorana 870 000 hesab ödədi

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər