SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu dəfə ilk "10-luq"da Azərbaycan təmsilçiləri yer almayıb.

Şəhriyar Məmmədyarov 2 765 xalla 11-ci pillədəki mövqeyini qoruyub. 2 763 xalı olan Teymur Rəcəbov isə 2 pillə geriləyərək, 12-ci sırada qərarlaşıb.

Rauf Məmmədov (2 673) 31 pilləlik sıçrayışla 58-ci yerə yüksəlib. 2 665 xalı olan Qədir Hüseynov 2 pillə irəliləyərək 67-cı sıraya qalxıb. 18 pillə irəliləyən Nicat Abbasov (2652) 75-ci sırada qərarlaşıb.

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2 855) birinci, Fabiano Karuana (ABŞ, 2 800) ikinci, Dinq Liren (Çin, 2 799) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 459) 25-cı pillədəki mövqeyini qoruyub. Gülnar Məmmədova (2 395) və Xanım Balacayeva isə (2 369) 1 pillə irəliləyiblər. Onlar müvafiq olaraq, 67 və 92-cidir.

BAKU.WS