Türkiyə millisi dünya çempionatları tarixində 52 illik antirekordu təkrarladı
Türkiyə millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Avstraliyaya 0:2 hesabı ilə məğlub olaraq turnirin tarixinə düşən antirekorda imza atıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Opta" statistik platforması məlumat yayıb.
Məlumata görə, Türkiyə yığması qarşılaşma ərzində rəqib qapısına 30 və ya daha çox zərbə endirməsinə baxmayaraq məğlub olan ilk komanda olub. Dünya çempionatlarında sonuncu belə hal 1974-cü ildə qeydə alınmışdı. Həmin vaxt Uruqvay millisi İsveç üzərində 3:0 hesablı qələbə qazanmışdı.
Bundan başqa, Türkiyə yığması 2006-cı il dünya çempionatından sonra rəqib qapısına 30-dan çox zərbə vurub qol vura bilməyən ilk komanda kimi də tarixə düşüb. Sonuncu dəfə bu göstərici İngiltərə ilə Portuqaliya arasında keçirilən 1/4 final matçında qeydə alınmışdı. Həmin görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatmış, penaltilər seriyasında isə Portuqaliya 3:1 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsinin növbəti oyununda iyunun 20-də Paraqvay, son turda isə iyunun 26-da ABŞ yığması ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Finlandiyanın "KuPS" komandası ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan "Sabah" bu gün növbəti sınağına çıxacaq. BAKU.WS xəbər verir ki, Valdas Dambrauskasın rəhbərl...