DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib
Futbol üzrə dünya çempionatında Almaniya - Kurasaoya böyük hesabla qalib gəlib.
BAKU.WS xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar 7:1 hesablı qələbəyə seviniblər.
Bundestimin qollarını Feliks Nmeça (6), Niko Şlotterbek (38), Kay Havertz (45+5-pen, 88), Camal Musiala (47), Nataniel Braun (68) və Deniz Undav (78) vurublar. Kurasaonun yeganə qolu isə Livano Komenensiyanın (21) ayağına yazılıb.
Qeyd edək ki, bu qrupun digər oyunu saat 03:00-da Fildişi Sahili və Ekvador komandaları arasında keçiriləcək.
***
Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda ikinci qol vurulub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında Kurasao hesbaı bərabərləşdirib - 1:1.
21-ci dəqiqədə Livano Komenensiya dəqiq zərbə müəlifi olub.
Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda hesab açılıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.
6-cı dəqiqədə Feliks Nmeça dəqiq zərbə müəlifi olub.
Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyunu start götürüb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, E qrupunun matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanı mərakeşli FIFA referisi Calal Cayed idarə edir.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Finlandiyanın "KuPS" komandası ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan "Sabah" bu gün növbəti sınağına çıxacaq. BAKU.WS xəbər verir ki, Valdas Dambrauskasın rəhbərl...