Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov reytinqində geriləyib

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov reytinqində geriləyib
İdman 407

FİDE yeni ilin ilk reytinq cədvəlini açıqlayıb.

BAKU.WS "Apasport.az" saytınıa istinadən xəbər verir ki, yanvar üçün müəyyənləşən siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb.

Onlardan 5-i kişi qrossmeysterdir. Milli üzvlərindən ən yaxşı göstərici yenə Şəhriyar Məmmədyarova məxsusdur. 2770 xala malik 35 yaşlı qrossmeyster ötən ayla müqayisədə 1 pillə geriləyib və 8-ci yerə enib.

Teymur Rəcəbov da komanda yoldaşı kimi mövqeyini əldən verib. O, 2765 xalla 10-cu pilləni 11-ə dəyişib.

6 pillə irəliləyərək, 71-ci yerə qalxan Nicat Abasov 2668 xala malikdir. Digər milli üzvü Qədir Hüseynov (2666) 3 rəqibini özündən irəli buraxmaqla, 74-cü yerdədir. Rauf Məmmədov (2659) isə "100-lüy"də 85-cidir. O, 4 pillə irəliləyib.

Bu siyahıda Maqnus Karlsen (Norveç, 2872) birinci, Fabiano Karuana (ABŞ, 2822) ikinci, Dinq Liren (Çin, 2805) üçüncüdür.

Qadınlar şahmatçılar arasında isə 3 təmsilçimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə (2455) 28-ci, Gülnar Məmmədova (2386) 77-ci və Ülviyyə Fətəliyeva (2387) 87-ci pillədədir.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2664) birincidir.

Oxşar xəbərlər

“ShamkirChess 2019” - Şahmatçılarımız məğlub oldu

“ShamkirChess 2019” - Şahmatçılarımız məğlub oldu

Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" turnirində III turun bütün görüşləri başa çatlb.BAKU.WS xəbər verir...

682 İdman 23:51 02 aprel 2019

Son xəbərlər