VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe qış fasiləsində komandası ilə yeni müqavilə imzalamayacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu iki səbəbdən Paris təmsilçisində qalmaq istəmir.

Birincisi, komandada onu əsas heyətdən çıxara biləcək bu qədər hücumameylli oyunçunun olması fransalı hücumçunu qane etmir. İkincisi, yerli azarkeşlərin PSJ-nin futbolçularına qarşı münasibəti Mbappenin xouna gəlmir. Fanatlar tez-tez oyunçuları fitə basırlar.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə 2022-ci ilin yayınadək müqaviləsi var. O, 2-17-ci ildən paytaxt klubunda çıxış edir.

BAKU.WS