“Lester” tarixində ilk dəfə İngiltərə kubokunu qazandı

15
may
2021
22:49
İngiltərə kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub.
BAKU.WS "Apasport.az" saytına istinadən xəbər verir ki, final matçında “Çelsi” ilə “Lester” üz-üzə gəlib.
Londondakı “Uembli” stadionunda baş tutan qarşılaşmanın taleyini 1 qol həll edib. Çempionlar Liqasının finalına vəsiqə qazanan “Çelsi” ölkə kubokunun final görüşündə meydanı məğlub tərk edib. Yuri Tilemansın 63-cü dəqiqədə vurduğu yeganə top Brendan Rojersin yetirmələrinə zəfər qazandırıb – 1:0.
Bununla 4-cü dəfə turnirin finalında oynayan “Lester” tarixində ilk dəfə kuboku muzeyinə aparıb.
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...
