SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid" Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappenin transferi üçün İspaniyanın bir neçə bankından 328 milyon avro kredit götürüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Madrid təmsilçisi bu məbləği ilin əvvəlində alıb, lakin cari borclar xaricində indiyədək heç bir şəkildə istifadə etməyib.

İddiaya görə, pulun böyük hissəsi "kral klubu"nun prezidenti Florentini Peresin də komandada görmək istədiyi Mbappenin transferinə sərf olunacaq.

Qeyd edək ki, Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Onun Paris klubu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır.

BAKU.WS