UEFA "Qarabağ"ın mətbuat katibi ilə bağlı qərarını verdi

26
noy
2020
19:03
UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı yekun qərarını açıqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, İbrahimov futboldan ömürlük kənarlaşdırılıb.
O, Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.
Qitə futbol qurumu həmçinin Ağdam klubunu 100 000 avro məbləğində cərimələyib.
Qeyd edək ki, UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.
Oxşar xəbərlər
"Qarabağ"dan Nurlan İbrahimovla bağlı açıqlama
"Qarabağ" klubu Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı açıqlama yayıb. BAKU.WS Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, məlumatd...
