13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Avropa Liqasının qrup mərhələsində "Qəbələ” ilə qarşılaşacaq Almaniyanın "Borussia” (Dortmund) klubunun erməni futbolçusu Henrix Mxitaryan Azərbaycandakı qarşılaşmada iştirak etməyəcək. 


BAKU.WS-in məlumatına görə, futbolçuya Azərbaycan və Ermənistan arasındakı münaqişəyə görə viza verilməməsi gündəmə gəlib. 

"Biz ümid edirik ki, bu xəbər doğru deyil. Çünki Henrix bizim üçün vacib futbolçudur”, - deyə "Borussiya”nın mətbuat xidmətinin rəhbəri Saşa Fliqqe bildirib. "Borussiya” ilə "Qəbələ” arasındakı Azərbaycandakı matç oktyabrın 23-də baş tutacaq. 

 

Qeyd edək ki, Henrix Mxitaryan hələ Donetsk "Şaxtyor”unun heyətində forma geyərkən bir neçə dəfə Qarabağda olub. Qarabağın oyuncaq hökuməti Henrix Mxitaryanı Xankəndinə gətirərək ondan siyasi məqsədləri üçün istifadə edib. Futbolçu separatçı hökumətin təşkil etdiyi futbol tədbirlərinə qatılaraq erməni uşaq futbolçuları ilə görüş keçirib. 

 

Azad Əliyev

BAKU.WS