SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ” və "Qəbələ” klublarını təbrik edib.
 
BAKU.WS-in məlumatına görə, Rövnəq Abdullayev "Qarabağ” və "Qəbələ” klublarının UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı affa.az saytına fikirlərini bildirib:

"UEFA Avropa Liqasında çıxış edən hər iki təmsilçimizin – "Qarabağ” və "Qəbələ” klublarının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixində yeni və ümid edirəm ki, davamlı və uğurlu olacaq bir mərhələnin başlanğıcını qoydu. İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir. Ölkəmizin futbol ictimaiyyətinə, azarkeşlərə böyük sevinc hissi yaşadan "Qarabağ” və "Qəbələ” klublarını təbrik edir, qarşıdakı oyunlarda qələbə sevinci və qrup mərhələsinin püşkatmasında münasib rəqiblər arzu edirəm”.
 
Qeyd edək ki, ötən gün Azərbaycanın "Qarabağ" və "Qəbələ" klubları pley-off mərhələsindən rəqiblərini üstələyərək Avropa Liqasının qruplarına düşüb. 
 
ŞAHİN Həbibov
BAKU.WS