III Avropa Oyunlarının ev sahibi müəyyənləşib
22
iyn
2019
15:48
2023-cü ildə keçiriləcək III Avropa Oyunlarının ev sahibi müəyyənləşib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, qitəmiqyaslı multiidman yarışı Polşanın Krakov şəhərində baş tutacaq.Bu barədə qərar Avropa Olimpiya Komitələrinin (AOK) Belarusun paytaxtı Minskdə keçirilən növbədənkənar Baş Assambleyasında verilib. Tədbir iştirakçıları Avropa Oyunları-2023-ə yeganə namizədi dəstəkləyiblər.Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda təşkil olunub. II Avropa Oyunları isə hazırda Belarusun paytaxtı Minskdə keçirilir.
Oxşar xəbərlər
III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlandı
2023-cü ildə III Avropa Oyunları Polşada keçiriləcək.BAKU.WS xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin Baş Assambleyasında qərar qəbul olunub.Yarışı...