Tünzalə Ağayeva səfir seçilib
30
apr
2019
22:15
Belarusiyada keçiriləcək “II Avropa Oyunları” idman yarışının ulduz səfiri Əməkdar artist Tünzalə Ağayeva seçilib.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Belarusun Azərbaycandakı səfirliyində əməkdar artist Tünzalə Ağayevaya “II Avropa Oyunlarının ulduz səfiri” sertifikatı təqdim edilib.Sertifikatı Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç təqdim edib. Səfir Belarusiyanın “II Avropa Oyunları”na çox fəal şəkildə hazırlaşdığını bildirib.“Azərbaycan “I Avropa Oyunları”nı çox yüksək səviyyədə keçirib və bu səbəbdən də Belarus tədbirin keçirilməsinə daha məsuliyyətlə yanaşır”, - deyə Gennadiy Axramoviç qeyd edib.Qeyd edək ki, Belarusun Xalq artistləri Askold və Edqard Zapaşniy, Belarus Respublikasının BMT Uşaq Fondu (UNICEF) nümayəndəsi Dr. Raşed Mustafa Sarvar, Ukraynanın məşhur müğənnisi Ani Lorak və fiqurlu konki sürmə üzrə Rusiya çempionu Aleksey Yaqudin “II Avropa Oyunları”nın ulduz səfiri seçilib.
Oxşar xəbərlər
III Avropa Oyunlarını keçirmək Azərbaycana təklif olunub
Avropa Olimpiya Komitəsi (AOK) Azərbaycana III Avropa Oyunlarını keçirməyi təklif edib.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ilin sonunda AOK Azərbaycan da...