Zakir Həsənov səs verib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri Zakir Həsənov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
BAKU.WS report-a istinadən xəbər verir, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində səs verib.
Xatırladaq ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
Oxşar xəbərlər
Kəlbəcərdə iki məntəqədə prezident seçkiləri üzrə səsvermə keçirilir
İşğaldan azad olunan Kəlbəcər rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, 123 s...