Kəlbəcərdə iki məntəqədə prezident seçkiləri üzrə səsvermə keçirilir
İşğaldan azad olunan Kəlbəcər rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 123 saylı Kəlbəcər Seçki dairəsinin Kəlbəcərdə iki məntəqəsi yaradılıb.
Kəlbəcərdə şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yaradılan 63 saylı seçki məntəqəsində 603, Kəlbəcər Su - Kanal idarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 nəfər səsvermə də iştirak edəcək.
Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici qeydiyyata alınıb. Seçkilərin gedişini ümumilikdə 28 yerli müşahidəçi izləyəcək.
Kəlbəcərdə yaradılan məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır
Oxşar xəbərlər
Ağdərə şəhərində və Suqovuşan qəsəbəsində seçki məntəqələri açılıb, səsvermə keçirilir
İşğaldan azad olunan Ağdərə şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, şəhərdə...