Yol polisi jurnalistə saxta protokol tərtib etdi - VİDEO/FOTO

Yol polisi jurnalistə saxta protokol tərtib etdi - VİDEO/FOTO
Foto Video
Sosial 3050
Dövlət Yol Polisi jurnalist Zülfüqar Xeyirxəbəri sürət həddi 120 km/saat olan yolda 118 km/saatla hərəkət etdiyi halda, "328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə" cərimələyib. BAKU.WS-in məlumata görə, bu barədə jurnalist öz Facebook səhifəsində məlumat paylaşıb. "3-cü zolaqda hərəkət edən Mercedes ML-dir (GL-ə də bənzəyir). Mən isə birinci zolaqla hərəkət edirəm. Ağ Ford Tranzitdən zonra birinci maşın (yaşıl oxla işarıələnib). Həmin zolaqda hərəkət sürəti 120 km/saatdır. ML-in hərəkət etdiyi zolaqda isə 100 km/satdır (qırmızı oxla işarələnib). DYP əməkdaşları əsas planda mənim maşının şəklini veriblər, digər şəkikllərdə ML-i (GL). Cəriməni isə mənə yazıblar", - deyə jurnalist protokola əlavə edilmiş video və şəkillərlə yazdıqlarını sübut etməyə çalışıb.O, protokoldan şikayət etdiyini bildirib.

Son xəbərlər