Yevlaxda “Çiçəklənən Xarıbülbül” adlı flaşmob keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə keçirilən “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində Yevlax Rayon Təşkilatı tərəfindən “Çiçəklənən Xarıbülbül” adlı flaşmob təşkil edilib.
BAKU.WS xəbər verir ki, tədbirdə çıxış edən YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Rafiq Əliyev Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb.
Qeyd edib ki, yeni əsrin yeni lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu Qələbə ölkəmizin yeni tarixinə Zəfər günü kimi qızıl hərflərlə yazıldı.
Şəhid atası Fərman Kazımov, Vətən müharibəsi qazisi Telman Mehdiyev, Milli Məclisin deputatı İlham Məmmədov çıxışlarında 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
Malbinəsi kənd Uşaq Musiqi Məktəbinin şagirdi Nuran Həsənzadənin ifasında səslənən “Bayatı-Şiraz” muğamı ilə müşaiət olunan “Çiçəklənən Xarıbülbül” flaşmobu zamanı gənclər Qələbənin simvolu olan Xarıbülbülün rəsmini yaradıblar.
Qalereya
Oxşar xəbərlər
"Alov qüllələri" Azərbaycan bayrağı ilə işıqlandırıldı
Sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. BAKU.WS "Report"a istinadə...