Yeni Yasamalda avtobusların yolda qalması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Yeni Yasamalda avtobusların yolda qalması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Video
Sosial 1

"Hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin etmək üçün tədbirlər davam etdirilir. Bu məqsədlə AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, ötən gecə havanın şaxtalı keçməsi səhər saatlarında Yeni Yasamal massivinin Əsəd Əhmədov, Məhəmməd Xiyabani və Dadaş Bünyadzadə küçələrindən keçən 7B, 17, 39, 77, 194 və 211 nömrəli avtobusların hərəkətində çətinliklər yaradıb:

"Avtobusların üzləşdiyi çətinliklə bağlı koordinasiyalı şəkildə aidiyyəti qurumlara məlumat verilib. Yollar buzdan təmizləndikcə avtobusların hərəkət cədvəlinə uyğun fəaliyyəti təmin edilir".

***08:58

Bu gün səhər saatlarında Yasamal rayonu ərazisində avtobuslar hərəkət etməkdə çətinlik çəkib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Dünən gecədən havanın şaxtalı keçməsi səhər saatlarında Yeni Yasamal massivi ərazisində avtobusların hərəkətində problem yaradıb.

Yolların buz olması səbəbindən avtobuslar hərəkət edə bilməyib. Nəticədə sərnişinlər avtobusları tərk etmək məcburiyyətində qalıblar.

Görüntüləri təqdim edirik:

Son xəbərlər