Yeni tədris ilində şagirdlərin qidalanması ilə bağlı həkimdən XƏBƏRDARLIQ

Yeni tədris ilində şagirdlərin qidalanması ilə bağlı həkimdən XƏBƏRDARLIQ
Sosial 83

Artıq yeni tədris ili başlayıb. İndi valideynlərin ən başlıca problemi uşaqların yaxşı oxuması və davamiyyətli olmasıdır. Bu istiqamətdə ən başlıca məsələ uşaqların qidalanmasıdır.

Bununla bağlı, mütəxəssis rəyi almaq üçün Ə. Qarayev adına Uşaq Kliniki Xəstəxanasının həkimi, uzman doktor, Uşaq qastroenteroloqu Anar Tağıyevlə əlaqə saxladıq.

Həkim BAKU.WS-ə açıqlamasında bildirdi ki, qidalanma uşaqların həyatında önəmli prosesdir.

"Uşaqların immun sisteminin möhkəmlənməsi, böyüməsi üçün sağlam qidalanmaq lazımdır. Qidalanmada yağlar, proteinlər, minerallar, vitaminlər və karbohidratlar mühüm yer tutur. Bu 5 vacib elementlərə diqqət yetirmək lazımdır. Son zamanlar qidanmalarda problemlər var", - deyə mütəxəssis bildirib.

Anar Tağıyev bildirib ki, uşaqların qidalanmasında fabrikat məhsulların yeksək kalorili məhsulların istifadəsi ziyandır:

"Uşaqların qidalarında mütləq qırmızı ət, yumurta, paxlalı bitkilər istifadə edilməlidir. Eyni zamanda süd məhsullarından olan pendirdən istifadə etmək vacibdir. Məsələn, bir uşaq gün ərzində 30 qram ət, 1 yumurta, kibrit qutusu pendir istifadə etməlidir. Bu qidalar uşaqların zülal qəbulunda mühüm rol oynayır. Karbohidratlara gəlincə, bunlar iki qrupa bölünür. Faydalı karbohidratlar və zərərli karbohidratlar.

Fasfudlar, şirniyyat, ağ çörək, şokaladlar və s. zəhərli karbohidratlardır.

Kəpəkli çörək, tam taxıllı çörəklər, qara çörək, düyü, qarabaşaq (Qreçka) faydalı karbohidratlar hesab olunur. Həmçinin meyvələr də faydalı karbohidratlar qrupuna daxildir. Eyni zamanda meyvələrdə zəngin vitaminlər mövcuddur.

Hazır alınan meyvə suları (soklar) zərərlidir. Onlara kanservatlar əlavə olunur. Onlar uşağın mədə-bağırsaq sisteminə zərərlidir. Müxtəlif xəstəliklər yaradır.

Pitsalar, fasfudların içərisində müxtəlif məhsullar uşağın qaraciyər piylənmməsi, insulun depolanmasına və s. problemlər yaradır.

Faydalı yağlar zeytun yağıdır. Az miqdarda heyvani yağlar və balıq yağları faydalı yağlardır.

Balıq yağlarının tərkibində Omeqa-3, Omeqa-6 kimi doymamış yağlar var. Onlar insan orqanizmi üçün olduqca faydalıdır".

Uzman doktor əlavə edib ki, aşırı yağ qəbulundan qaçılmalıdır:

"Müxtəlif qablaşdırılmış meyvə suları, (çöplü sok), meyvə şirələri insanlar üçün olduqca zərərlidir. Onların tərkibində aşırı dərəcədə karbohidratlar, müxtəlif qatqılar var.

Uşaqlara normal sular verilməlidir. Az miqdarda rəngsiz çay verilə bilər. Evdə hazırlanmış meyvə suları verilməlidir. Ümumiyyətlə meyvə suyundan çox istifadə etmək olmaz. Evdə təbii olaraq, ailənin özü tərəfindən hazırlanan meyvə sularından istifadə edilməlidir. Təzə meyvə sularından istifadə edilməlidir".

Ziya SƏCCAD

Oxşar xəbərlər

Son xəbərlər