Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi
Prezident Aministrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
BAKU.WS Müsavat.com-a istinadən xəbər verir ki, istintaq çərçivəsində artıq təkcə Ramiz Mehdiyev deyil, onun ailə üzvlərindən Qalina Mehdiyeva da dindirilib.
Mənbənin məlumatına görə, Qalina Mehdiyevanın ifadəsi xüsusilə Ramiz Mehdiyevin yaxın ətrafı və maliyyə əməliyyatlarına aydınlıq gətirə bilər.
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Oxşar xəbərlər
Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib
2020-ci ildən - Vətən müharibəsinin sonundan bəri Azərbaycanda 436 nəfər minaların qurbanı olub. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazir...