Tbilisidə 14 aksiya iştirakçısı həbs olunublar
Tbilisidə keçirilən etiraz aksiyası zamanı qanun pozuntularına yol verən 14 nəfər 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
BAKU.WS xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi aksiya zamanı ümumilikdə 27 nəfərin qanun pozuntusu törətdiyini müəyyən edib.
Məlumata əsasən, Rustaveli prospektində yolu qanunsuz şəkildə bağlayan 14 nəfər saxlanılıb, digər 13 nəfər barəsində isə inzibati tədbirlər görülür. Onların işlərinə yaxın günlərdə məhkəmədə baxılacaq.
Qeyd edək ki, oktyabrın 17-dən etibarən Gürcüstanda etiraz aksiyalarının keçirilməsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib. Yeni qaydalara əsasən, yolun qanunsuz bağlanması və aksiya zamanı üzün maska ilə gizlədilməsi 15 sutka inzibati həbs cəzası ilə nəticələnə bilər.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...