Bakıda 5 metrostansiya ilə bağlı YENİLİK

"Bakı Metropoliteni" QSC paytaxtın bir neçə stansiyasında qapıların yenilənməsi ilə bağlı növbəti texniki təmir layihəsinə start verir.
BAKU.WS-in əldə etdiyi məlumata görə, qurum "Nəsimi", "Ulduz", "Koroğlu", "Memar Əcəmi" və "Həzi Aslanov" stansiyalarında sıradan çıxmış "M" tipli qapıların demontaj və montaj işlərinin satın alınması üçün müsabiqə elan edib.
Tenderin ümumi dəyəri 296 687,78 manat məbləğində qiymətləndirilir. Layihə çərçivəsində köhnəlmiş və istismar müddətini başa vurmuş qapılar sökülərək, onların yerinə yeni, təhlükəsizlik və enerji səmərəliliyi baxımından müasir standartlara cavab verən qapılar quraşdırılacaq.
Qeyd edək ki, "Bakı Metropoliteni" son illər metro stansiyalarında sərnişin təhlükəsizliyini və komfortunu artırmaq məqsədilə mühüm infrastruktur yenilənməsi layihələri həyata keçirir. Qapıların yenilənməsi bu istiqamətdə atılan növbəti addımlardan biri sayılır.
Oxşar xəbərlər
Orta məktəblərdə tədris ili azaldılacaq? - VACİB AÇIQLAMA
"Orta təhsil mərhələsində müddətin azaldılması və ya artırılması birbaşa pedaqoji və sosial nəticələr doğurur. "Ümumi təhsil haqqında" Qanuna əsasən, baza təhsi...
