Şimali Koreya əsgəri Cənubi Koreya ilə sərhədi keçib
Cənubi Koreya hakimiyyəti Koreyalararası sərhədi keçən Şimali Koreya əsgərini nəzarətə alıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Yonhap agentliyi Birləşmiş Qərargah Rəislərinə istinadən yayıb.
Əsgər sərhədi mərkəzi hissədə keçib. Cənubi Koreya hərbçiləri onun hərəkətlərini izləyib və "ona kömək göstəriblər". Hakimiyyət hazırda onun motivlərini müəyyən etməyi planlaşdırır.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildiriblər ki, "Şimali Koreya hərbçiləri tərəfindən qeyri-adi hərəkətlər aşkar edilməyib".
Qeyd olunub ki, əsgər prezident Li Jae-Myonq hakimiyyətə gələn iyundan bəri Cənubi Koreyaya sərhədi keçən üçüncü qaçqındır, lakin 2024-cü ilin avqustundan bəri ilk hərbi xidmətçidir.
Oxşar xəbərlər
Konqoda məktəblərə yayılan yanğında 29 şagird ölüb
Konqo Demokratik Respublikasının şərqində baş verən yanğın nəticəsində 29 şagird həyatını itirib. BAKU.WS xəbər verir ki, Bukavu şəhərində bir evdə başlayan yan...