Bakıda gənc iş adamı idman zalında vəfat etdi

Bakıda gənc iş adamı idman zalında məşqdə olan zaman vəfat edib.
BAKU.WS "Yeni Sabah"a istinadən xəbər verir ki, hadisə paytaxtdakı idman zallarından birində baş verib.
35 yaşlı Tural Tapdıqzadə idman zalında məşq etdiyi vaxt qəfildən halı pisləşib. Zalda olanlar ona yardım göstərməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin iş adamının həyatını xilas etmək mümkün olmayıb. pizza sifarişi
Mərhum bu gün Bakıda dəfn olunacaq.
Qeyd edək ki, Tapdıqzadə Tural Yaşar oğlu 1990-cı ildə anadan olub. Əslən Laçın rayonundandır. Ailəlidir, 4 övladı var. O, iş adamı idi.
Tural Tapdıqzadənin atası Yaşar Nəcəfov Birinci Qarabağ müharibəsinin veteranıdır. O, 811 saylı hərbi hissənin tərkibində döyüşüb. Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib, ağır yaralanıb.
Yaşar Nəcəfov özü də iş adamdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Qalereya
Oxşar xəbərlər
Xaçmaz sakini güllələnib, şübhəli şəxs polisə təslim olub
Xaçmazda qətl hadisəsi törədilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb. Belə ki, rayon sakini 1981-ci...
