Yeni Audi e-tron GT-nin dizaynı dünyanı heyran etdi!
29
noy
2018
15:42
Üçüncü Audi e-tron: Dörd-üzüklü brend, Audi e-tron GT modelini Los Anjelesdə keçirilən Auto Show-da təntənə ilə nümayiş etdirdi. Dörd qapı və dörd oturacaq ilə təchiz olunan kupe Audi e-tron GT sizə və sərnişinlərə maksimal komfort hissi bəxş edəcək. Sükan arxasına əyləşən kimi, yüksək keyfiyyətini dərhal hiss etdirən bu avtomobil gündəlik həyat üçün mükəmməldir. Naviqasiya və məlumat sistemlərini özündə birləşdirən “touch” ekranın görünüşü alıcının istəyi ilə dəyişə bilər. İdman üslublu oturacaqlar isə yüksək sürət ilə avtomobili idarə etdiyiniz zaman sizin və sərnişinlərin təhlükəsizliyini təmin edir. 590 at gücü! Bəli, bu elektrik avtomobil üçün realdır! Sinxron çalışan iki mühərrik avtomobildə ayrı – ayrı quraşdırılıb. Üstəlik orjinal quattro sistemi də bu avtomobildə mövcuddur. 0-100 km/s - cəmi 3.5 saniyəyə sürətlənən elektrik avtomobil qarşınızdadır! Audi e-tron GT modelinin akkumulyatorunu bir neçə yolla yükləmək olar. Cəmi 20 dəqiqəyə akkumulyatoru 80 faizə kimi yükləmək olar və 80 faiz ilə 320 km kimi məsafəni fəth etmək mümkündur. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda da elektrik avtomobillərin sayı artacaq. Və e-tron GT modelini də yollarda görmək və hətta idarə etmək hər birimizə nəsib olacaq.
Oxşar xəbərlər
Yeni premium Coupe krossover Azərbaycanda!
Oktyabrın 13-də Audi Bakı Mərkəzində yeni Audi Q8 modelinin mətbuat konfransı keçirildi.Yeni 4-qapılı premium Coupe SUV- Audi Q8 modelinin eksteryer dizayn imka...