Audi-ni DTM yarışında təmsil edən pilot tarix yazdı
16
okt
2017
12:28
Audi-ni təmsil edən pilot Rene Rast Xokkenxaymda keçirilən 2017 DTM mövsümün final yarışında ikinci yeri qazanaraq, tarix yazıb. Rene, DTM tarixində debüt edərək layiqli yer tutan 7-ci yarış iştirakçı titulunu qazanıb. Audi Motorsport-un rəhbəri Diter Qaz “Rene yarış zamanı mükəmməl performans nümayış etdi” deyə söyləyib.Rene Rastın Volkswagen Group-da karyerasında Polo Cup-ı “Le Mans”-a kimi aparıb. Formula 1-in dəstək proqramı olan "Porsche Supercup" mükafatını 3 dəfə qazanır və 2011-ci ildən dörd üzüklü Audi brendini təmsil etməyə başlayır. 24 saat davam edən Daytona və ondan sonra Nürburqriq yarışlarında qalibiyyətləri, ADA CGT Masters və DTM titullarının altına bir xətt çəkərək vurğulayıb. Rene Rast Minden şəhərində Oktyabrın 26-sı, 1986-ci ildə dünyaya gəlib. Hazırda Bregenz şəhərində, yoldaşı Diana və oğlu Liam ilə yaşayır. Elə pilot Mattias Ekström kimi şəxsi həyatında Audi SQ7 avtomobilinə üstünlük verir.
Oxşar xəbərlər
Tam yeni Audi Q2 modeli - Şəhər içi yanacaq sərfiyyatı cəmi 6.5 litr (VİDEO)
Audi Bakı Mərkəzi tam yeni Audi Q2 modelini təqdim edir. Tamamilə yeni dizaynlı Q2, Audi model sırasının ən kiçik krossoveridir. Olduqca qənaətcil və dinamik...