Digər elektrik avtomobilləri geridə qoyan - yeni Audi e-tron (VİDEO)

Digər elektrik avtomobilləri geridə qoyan - yeni Audi e-tron (VİDEO)
Video
Sosial 2886
4 üzüklü brendin ilk tam elektrik Audi e-tron modelinin dünya premyerası bugün San Francisco-da baş tutdu. Audi gələcəyin avtomobilini şəkillərdə gördüyünüz dizaynda satışa çıxaracaq. 408 a.g. hasil edən iki mühərrik, sürətlənmə 0-100km/s – 5.5 saniyəyə, maksimal sürət isə 200 km/s. Bu göstəricilər elektrik avtomobildə akkumulyatorda olan enerjidən asılı olmayaraq dinamikliyin stabilliyini qorumaq üçün mükəmməldirlər. Ölçülərə gəldikdə isə uzunluğu 4901 m, eni 1935 m, hündürlüyü 1629 m Audi-nin “Vorsprung Durch Technik” (Texnologiyadan öndə) sloqanı da unudulmayıb. Belə ki, salonda Wifi və LTE dəstək ilə MMİ navigation plus, ekonom sürmə opsiyası və s. kimi son texnoloji cihazlar istifadəyə veriləcək. Standart yan güzgülərin yerinə isə kameralar quraşdırılıb. Real həyatda tam enerji ilə doldurulmuş akkumulyator ilə 400 km məsafə qət etmək sırf Audi e-tron modeli ilə mümkün olacaq. Bu akkumulyator cəmi 30 dəqiqəyə 80 % elektrik enerji toplamaq imkanı yaradır. Yuxarıda qeyd olunan xüsusiyyətlər sayəsində bu model gündəlik istifadə üçün mükəmməldir. Audi e-tron modelinə sahib olan sürücülər komfort və təhlükəsiz avtomobilin sahibi olmaq ilə yanaşı, ətraf mühitin çirklənməsinin qarşısını alırlar. Yeni e-tron ilə sağlam gələcəyə qarşı bir addım da atdıq.

Son xəbərlər