Yay istirahətini xaricdə keçirmək istəyənlər DİQQƏTLİ OLSUN

Yay istirahətini xaricdə keçirmək istəyənlər DİQQƏTLİ OLSUN
Sosial 2114
Yay istirahətini xaricdə keçirmək istəyənlər diqqətli olsun.Çünki turizm sektorunda fırıldaqçılar peyda olub.Xezerxeber.az-ın məlumatına görə, onlarla şəxs xaricə istirahətə göndərilmək adı ilə aldadılaraq pulları mənimsənilib."Xəzər Xəbər"ə üz tutan şikayətçilər iddia edir ki, Günel Şıxıyeva adlı vətəndaş insanları aldadaraq onlara ucuz aviabilet və sərfəli turpaket vəd edib. Lakin pulları aldıqdan sonra müxtəlif bəhanələrlə onları aldadıb.İddialara görə, Günel Şıxıyeva vətəndaşlarla yanaşı turizm şirkətlərini də bilet satmaq adı ilə aldadıb. Şikayətçilər deyir ki, o, bir neçə dəfə eyni turizm şirkətindən müştərilər üçün bilet alıb. Özünə inam yaratdıqdan sonra isə həmin şirkətlərdən bilet alsa da, sonradan onların pulunu verməyib.Maraqlısı burasındadır ki, aldadılanların heç biri verdiyi pulun qarşılığında sənəd tələb etməyib. Dələduz qadın isə insanları aldatmaq üçün onlara saxta biletlər verib.Şikayətçilər deyir ki, "turizmçi" hazırda öz işinin başındadır və qurbanlarının sayı günü-gündən artır.İttihamlarda adı çəkilən Günel Şixiyeva ilə əlaqə saxlamağa çalışsaq da alınmadı.Aldadılan insanların məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Son xəbərlər