Bakıda 1500 manata iş təklifi - insanı görün necə aldadırlar (VİDEO)
08
noy
2017
11:01
İşədüzəltmə şirkətlərindən biri “Dəniz Turizm” müraciət edən insanlardan blank doldurmaq məqsədilə 20 manat pul tələb edir. İş tapmaq arzusunda olan insanlar, təbii ki, bu şirkətlərin təkliflərinə inanıb, tələb olunan pulu verirlər. Verdiyi pul müqabilində iş gözləyən və növbəti dəfə həmin şirkətə gedəndə artıq həmin ofisdə o şirkəti görmür.Zərərçəkən Kənan Əliyev adlı şəxs BAKU.WS-ə bildirib ki, işbazlar tək onu yox, bir neçə adamı aldadıb. Onun sözlərinə görə, iş elanında yazılan nömrəyə zəng edəndə telefon ya işləmir, ya da zəng çatmadığını göstərir. İşədüzəltmə şirkəti insanları cəlb etmək üçün elanda əmək haqqı 1500 AZN göstərilir.“Saytların birində ayın 29-da “Dənizçi axtarırıq” elanı gördüm. Zəng etdim, 28 May metrostansiyasının yeni çıxışında Ceyhun Hacıbəyli 96 ünvanında yerləşən “Dəniz Turizm” şirkətinə gəldim. Orada mənə dedilər ki, BP-nin nümayəndəsi sizinlə iş barəsində danışacaq. Blank doldurduqdan sonra məndən 20 AZN tələb olundu. Pulu verdikdən sonra mənimlə müqavilə imzalandı. Müqaviləyə əsasən isə iş alınmasa, 20 AZN qaytarılacaq”. K.Əliyev deyir ki, onunla noyabrın 1-7-də əlaqə saxlanılacaq. Lakin işbazlar Kənan kimi bir neçə insanı aldadaraq bir daha zəng etməyiblər. Şirkətin qarşısında dayanan taksi sürücülərinin danışdıqlarına görə, burada daha çox xanımları aldadaraq gözüyaşlı qoyublar.“Dəniz Turizm” şirkətindən zərər çəkənlər 055 210 - 10 - 01 nömrəsi ilə əlaqə saxla bilər.TuncayBAKU.WS
Oxşar xəbərlər
654 min dollara 3 mənzil almaq istəyən deputatı kim aldadıb? - MƏHKƏMƏ İŞİ
654 min dollara üç mənzil almaq istəyən deputatın vətəndaşlar və şirkətlə məhkəmə çəkişməsi davam edir. Sonuncu məhkəmədə məlum olub ki, işdə adı keçən tikinti...