Azərbaycanda bu da oldu: vəfat etmiş müştərini kreditə görə məhkəməyə verdilər
22
avq
2017
14:18
Azərbaycanda bank olmayan kredit təşkilatı vəfat etmiş müştərini məhkəməyə verib.BAKU.WS-in məlumatına görə, bunu "Report"a dünyasını dəyişmiş şəxsin oğlu Mirbağır Bünyatov bildirib.Onun sözlərinə görə, Cəlilabad rayon sakini olmuş atası Fayaz Bünyatov 2015-ci ilin iyun ayının 29-da “Kred Aqro” BOKT QSC-dən 1500 manat məbləğində 18 aylıq kredit götürüb: "Həmin vaxt da kredit müqaviləsi “Kred Aqro” BOKT QSC-nin əməkdaşlıq etdiyi “Alfa Sığorta” şirkəti tərəfindən sığortalanıb. Mənim də həmin kredit müqaviləsi üzrə zaminlik öhdəliyim var. Atam isə 2016-ci ilin oktyabrın 12-də vəfat edib. Həmin dövrə qədər kredit ödənişlərini vaxtı-vaxtında həyata keçirmişik, gecikmə də olmayıb".M.Bünyatov bildirib ki, atasının vəfatından sonra “Kred Aqro” BOKT QSC ondan zaminlik öhdəliyini yerinə yetirməsini tələb edib: "Sığorta müqviləsi ilə əlaqədar tələb olunan sənədləri atamın vəfatından sonra “Kred Aqro”ya təqdim etdim. Lakin bankdan bildirildi ki, həmin sığorta şirkəti müflis olunub və sığorta öhdəliyini yerinə yetirmir. Bundan sonra “Kred Aqro” BOKT QSC rəhmətə getmiş atamı və məni məhkəməyə verdi. Bank sığorta sənədlərini isə məhkəməyə təqdim etməmişdi. Cəlilabad Rayon Məhkəməsi isə rəhmətə getmiş atamın krediti ödəməsi barədə qərar çıxardı. Həmçinin də mənim barəmdə qərar qəbul edildi. Mən də həmin qərardan apellyasiya şiayəti verdim. Məhkəmə birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv etdi".F.Bünyatov qeyd edib ki, “Kred Aqro” BOKT QSC onu yenidən məhkəməyə verib: "Bununla bağlı mənə həm bankdan, həm də Cəlilabad Rayon Məhkəməsindən bildiriş göndərilib. Avqustun 29-da məhkəmə iclası olacağı qeyd edilib. Halbu ki, həmin məhkəmənin sədri özü şəxsən mənə zəng edib, anlaşılmazlıq olduğunu demişdi".BAKU.WS
Oxşar xəbərlər
Şəhidin kredit borcu silindi (FOTO)
"Para" BOKT ASC Aprel şəhidi Xaliq Əzizzadəninin kredit borcunu bağlayıb. BAKU.WS-in məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat verib: "...