Bank krediti ilə başı bəlada olanlara şad xəbər

Bank krediti ilə başı bəlada olanlara şad xəbər
İqtisadiyyat 6763

 

"Hələ bir neçə il öncə "zamin duran zaman düşünün, bu formal öhdəlik deyil” deyə insanlara ünvanlananda yəqin ki, çoxları düşünmürdü ki, "bu formal zaminlik” onlara yaxın gələcəkdə problemlər yaradacaq. Artıq 1 ilə yaxındır ki, ən çox ünvanlanan sual məhz zaminlik ilə bağlıdır. Vətəndaş zamin durub, krediti görməyib, pul xərcləyən krediti qaytarmır amma zamin bankın hədəfindədir".

BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı-alim Vüqar Bayramov bildirib. Mütəxəssis zaminlikdən hansı hallarda imtina etməyin mümkün olduğu barədə yazıb.

Zaminlikdən hansı hallarda imtina etmək olar?

İqtisadçı hesab edir ki, qanunvericiliyə əsasən, zaminlik öhdəliyi kredit müqaviləsi bitənədək davam edir. Amma Mülki Məcəllənin 477-ci zaminliyə xitam verilməsi halları nəzərdə tutulur:

"Belə ki, məcəlləyə əsasən, zaminin xəbəri olmadan kredit müqaviləsinə dəyişiklik edilən zaminlik öhdəliyinə xitam verilir. Devalvasiyadan sonra bir sıra kredit müqavilələrinə dəyişikliklərin ediliyini nəzərə alsaq bu baxımdan zamin duran şəxsin bankda müqaviləyə hər hansı dəyişiklik edilib-edilmədiyini öyrənməsi çox vacibdir. Qanunvericiliyə əsasən, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir".

V.Bayramovun sözlərinə görə, Mülki Məcəllədə eyni zamanda göstərilib ki, əgər kreditor (yəni bank) borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə zamin olan şəxs zaminliyin ləğv edilməsi barədə iddia qaldıra bilər: "Əslində bu zaminliyin ləğvi üçün ciddi hüquqi baza yaratsa bunun praktikada tətbiqi imkanları xeyili çətindir. Amma bütün hallarda zaminlər bu maddədən istifadə edib iddia qaldırmağa çalışmalıdırlar. Bundan başqa, borcalan kredit müddəti bitdikdən sonra, 1 il ərzində zaminə kredit ödənişi ilə bağlı tələb irəli sürmədikdə zaminlik başa çatır. Bank kredit müddəti bitdikdən sonra 3 il ərzində borcalandan, 1 il müddətində isə zamindən borcu tələb edə bilər".

Zamin kredit gotürub amma qaytarmayandan ödədiyi pulu geri tələb edə bilərmi?

İqtisadçı bildirir ki, məsələnin digər tərəfi xərclədiyi pulu zaminə ödətdirən borclanın müqavilə müddəti başa çatdıqdan sonra məhkəməyə verilə bilməsi ilə bağlıdır: "Zamin kredit məbləğini tam ödədikdən sonra, borcgötürəni məhkəməyə verə və ondan banka ödədiyi məbləği tələb edə bilər. Ona görə də, bu gün aldadılaraq zamin olan və kredit ödəməyə məcbur olanların ödənişlər başa çatandan sonra krediti götürən şəxsi məhkəməyə verib ödədiyi pulu ondan geri tələb etməsi hüququ var. Amma bu vacib məqam olsa da çox təəssüf zaminlərin çoxu bundan istifadə etmir. Buna görə də, heç zaman görmədiyiniz və istifadə etmədiyiniz pula görə, sizi aldadanı məhkəməyə verməyi unutmayın".

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər