Bakıda imkanlı hindlilər həmvətənləri tərəfindən aldadıldı
12
yan
2018
23:04
Bakıda Hindistandan olan turistlər fırıldaqçılıqla üzləşiblər. Maraqlısı isə ondadır ki, onları öz həmvətənliləri aldadıblar.BAKU.WS-in məlumatına görə, Səbail rayonunun hüquq mühafizə orqanlarından oxu.az-a daxil olan məlumata görə, yanvarın 11-də şəhər otellərinin birində yerləşən Hindistandan olan turistlər polisə müraciət ediblər.Şikayətçilər: 1996-cı il təvəllüdlü Racan Satinder Sinkx, 1995-ci il təvəllüdlü Cauraf Kumar Vijay və 1997-ci il təvəllüdlü Parinjit Sinkx Darşan Sinkxdir. Onlar polisə, Bakıya turistik viza ilə 2017-ci il dekabrın 23-də gəldiklərini bildiriblər. Yanvarın 10-da isə Kanadaya getməyi planlaşdırıblarmış, amma Ottavaya bilet almaq əvəzinə onlar öz həmvətənlərinə inanaraq almayıblar.Heydər Əliyev Beynəlxalq Hava Limanında olarkən isə 1981-ci il təvəllüdlü Pama Amrinder Sinkx və 1998-ci il təvəllüdlü Dxaram Vir, bilet almaq adı ilə turistlərdən hərəsinə 3 min dollar olmaqla, ümumilikdə 9 min dollar alaraq yoxa çıxıblar. Qeyd edək ki, həmin ərəfədə Bakıdan Ottavaya biletin qiyməti 1000 manat civarında olub.Hindli turistlər öz “dost”larını gözlədiyi müddət ərzində fırıldaqçılar ilk reyslə Bakıdan gediblər. Faktla bağlı araşdırma aparılır. Hələlik saxlanılan yoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda məmur həbs edildi
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər.“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Əsədo...