Bakıda anasını öldürən qız polisə 5 milyon manat rüşvət təklif edib
Bakıda qızıl alverçisinin qətlinin bəzi təfərrüatları məlum olub. BAKU.WS-in məlumatına görə, hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, 1965-ci il təvəllüdlü Məryam Namet-zadə qızı və bacısı oğlu tərəfindən yatdığı yerdə öldürülüb. M. Namet-zadənin qızı Günel Hüseynova qətli törədəndən sonra hadisənin digər iştirakçılarını evdə qoyaraq mənzili tərk edib. O, bir neçə saat sonra evə qayıdıb və hadisənin iştirakçılarını evdən çıxarıb. İlkin məlumata görə, qətl tamah məqsədi ilə törədilib. Bildirilir ki, G. Hüseynova saxlanılarkən polisə rüşvət təklif edib. O, polisdən 5 milyon manat müqabilində işin bağlanılmasını xahiş edib. Polis qızın bu təklifini rədd edərək, onu istintaqa təhvil verib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bu gün təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, yanvarın 5-də Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkarlanıb. Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsi müəyyənləşib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. BAKU.WS
Oxşar xəbərlər
Bakıda qızıl alverçisini qətlə yetirən şəxslərin adları açıqlanıb (RƏSMİ)
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu qətlə yetirilən qızıl alverçisinin cinayəti barədə birgə xəbər yayıb. Prokurorluğun mətbuat xidmətindən BAKU...