Qətlə yetirilən qızıl alverçisinin evində 1 milyonluq qızıl olub
Qətlə yetirilmiş iş adamı Məryəm Namidzadənin mənzilində 15 kq qızıl olub.
BAKU.WS-in məlumatına görə, bu barədə "Report”un müxbirinə onun qonşularından biri məlumat verib. M.Namidzadə Yeni il bayramı günündə qonşusuna çalışdığı univermaqda alverin zəif getdiyini, hər gün 15 kq qızılı evdən işə, işdən evə apardığını deyib. Qonşu isə mühafizəçi tutmağı məsləhət görüb. Qeyd edək ki, hazırkı bazar qiymətləri ilə 15 kq-lıq qızılın dəyəri təxminən 1 milyon manatdır. M.Namidzadənin qızı Günel Hüseynova isə istintaqa ilkin ifadəsində evdən ona məxsus 30 min ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib. Sonradan isə G.Hüseynova özü və daha üç nəfər şübhəli şəxs qismində saxlanılıb. BAKU.WS
Oxşar xəbərlər
Qızıl satan anasını öldürən qızın görüntüləri yayıldı (FOTO)
Xəbər verdiyimiz kimi, hüquq mühafizə orqanları "qızıl Məryəm”i öldürən şəxsin elə öz qızı Günel Hüseynovanın olduğunu açıqlayıb. BAKU.WS "Qafqazinfo” saytına...