"Yaxşı balıq tutmaq olar, işə gedib-gəlməyə gəmi lazımdır" - İmişli sakinlərini çıxılmaz vəziyyətə salan yol
İmişli şəhərinin 1 200 nəfərdən çox sakini olan Hüseyn Cavid küçəsi tamamilə yararsız vəziyyətdədir. Sakinlər illərdir aidiyyəti qurumlara etdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər.
"Yolumuz bərbad vəziyyətdədir. Maşınlar da məhv olur. Taksi çağıranda gəlmək istəmirlər, etiraz edirlər. Bu cür yaşayış olmaz. Küçə məhv olub, burada yaxşı balıq tutmaq olar", - sakinlərdən biri bildirib.
"Məktəbə, işə gedib-gəlməyə gəmi lazımdır. Su dizə kimi çıxıb, belə şey olmaz. Kanalizasiyanı qazıb üstünü basdırdılar, qaldı tör-töküntü. Bəs biz adam deyilik?!" - başqa bir sakin qeyd edib.
Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətindən bildirilib ki, cari ildə sözügedən küçədə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.
Oxşar xəbərlər
617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır"
Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Xaliq Mübariz oğlu Zeynallı qəbul imtahanında 617 bal toplasa da, arzusunda olduğu "Baytarlıq" ixtisasını (ing...