Yarım tondan çox insan üçün zərərli ət tapıldı
24
dek
2018
13:15
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və istifadəyə yararsız qidaların satışının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, növbəti belə tədbir dekabrın 22-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Bərdə şəhəri ərazisində keçirilib.S.Novruzovanın Cavanşir küçəsindəki həyətyanı sahəsindən mənşəyi məlum olmayan və natəmiz vəziyyətdə saxlanılan, çəkisi 686 kiloqram olan at əti aşkar edilib.Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.BAKU.WSOxşar xəbərlər
İnsan orqanizmi üçün zərərli 2,5 ton ət məhv edilib (FOTO)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən mənşəyi məlum olmayan...