Yardımlı-Deman-Arvana avtomobil yolunda əsaslı bərpa işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun bir hissəsində bərpa işlərinə başlayıb.
BAKU.WS agentliyə istinadən xəbər verir ki, bərpa işləri sözügedən yolun sel suları nəticəsində yararsız vəziyyətə düşmüş 14-21-ci km-lik hissəsində aparılır.
Hazırda ərazidə 3800 p.m uzunluğunda alt istinad divarının inşası aparılır.
Texnoloji ardıcıllığa uyğun olaraq, IV texniki dərəcəyə əsasən bərpa olunan hissədə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə, zəruri yerlərdə müxtəlif ölçülü suötürücü boruların inşası, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetiriləcək.
Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
Qalereya
Oxşar xəbərlər
BAKU.WS işıqlandırdı, zibbilliyə çevrilmiş çimərlik təmizləndi
Bilgəhdə qeyri çimərlik ərazidə yaranmış antisanitar vəziyyət aradan qaldırılıb. BAKU.WS-in məlumatına görə, bununla bağlı Sabunçu Rayon Mənzil Kommunal Təsərrü...
