Yanlış yerə cərimə olunan sürücülər nə etməlidir? - RƏSMİ CAVAB
Sürücülər arasında yanlış cərimələnmə ilə bağlı narahatlıqlar zaman-zaman ortaya çıxır.
BAKU.WS-in məlumatına görə, bu cür halların düzgün idarə olunması üçün hər bir sürücü qanun çərçivəsində hüquqlarını bilməli və müvafiq addımları atmalıdır.
Yanlış cərimələrin aradan qaldırılması yalnız sürücünün hüquqlarının qorunması deyil, həm də yol hərəkəti sisteminin şəffaflığı və ədalətliliyinin təmin olunması üçün əhəmiyyətlidir.
Mövzu ilə bağlı Baş DYP İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, sürücü yanlış cərimə olunduğunu anladığı halda BDYPİ-yə müraciət etməliir:
"Belə hal baş verərsə, bu o deməkdir ki, sürücü tərəfindən yol verilən qayda pozuntusu foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilərkən texniki xəta səbəbindən yanlış elektron qərar çıxarılıb. Belə olduğu halda mütləq şəkildə sürücünün Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi müraciət etməsi halında həmin texniki xərit tərəfimizdən araşdırılaraq aradan qaldırılır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Gündəmi alt-üst edən görüntülər: "Novruzda qadın kimi geyinmək adəti yoxdur!"
Azərbaycanın ən qədim bayramlarından biri Novruzdur. Bu bayramın özünəməxsus adət-ənənələri var və biz onları uşaqlıqdan sevə-sevə yaşadırıq. Novruzun ən sevilə...